ABŞ prezidenti Donald Tramp İrana kimin nəzarət etdiyinin tezliklə məlum olacağını bildirib.
Medianews.az xəbər verir ki, bu barədə “NewsNation” məlumat yayıb.
Tramp jurnalistlərin bununla bağlı sualına "Çox tezliklə öyrənəcəksiniz" deyib.
Amerika prezidenti həmçinin bildirib ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki ABŞ səfirliyinə edilən hücuma ABŞ-ın cavabı da tezliklə bəlli olacaq./Publika.az