Medianews.az
"Tramp telefondan uzaq dursun, səmaya baxsın" -
54 baxış

"Tramp telefondan uzaq dursun, səmaya baxsın" - İran

İran ABŞ-İsrailə qarşı müharibəsinin qarşıdakı günləri üçün yeni sürprizlər planlaşdırıb.

Medianews.az  xəbər verir ki, bu barədə "Tasnim" mənbələrə istinadən yazıb. 

"İran davam edən müharibənin qarşıdakı günləri üçün yeni sürprizlər planlaşdırıb və onların həyata keçirilməsi çox böyük nəticələr verə bilər", -  hərbi mənbə "Tasnim"ə açıqlamasında bildirib. 

Mənbə əlavə edib ki, ABŞ prezidenti Donald Tramp müharibədə bütün hərbi variantlarının uğursuzluğunun şahidi olur və hazırda vəziyyətdən çıxış yolu tapmağı düşünür.

"Tramp bir müddət telefonundan və sosial mediadan uzaq durmalı və bundan sonra yalnız səmaya, fond bazarına və neftin qiymətinə diqqət yetirməlidir", - KİV son olaraq yazıb. 

Bizə qoşulun