Medianews.az
Tramp liderlər qarşısında
86 baxış

Tramp liderlər qarşısında "rəhbər mənəm” dedi

ABŞ prezidenti Donald Trump “Böyük Yeddilik” ölkələrinin liderləri ilə keçirilən görüş zamanı zarafatla özünü “boss” adlandırıb.

Medianews.az Bloomberg-a istinadən xəəbr verir ki, Tramp sammitə digər liderlərdən bir qədər gec gəlib və zalda iştirak edənlərə daxil olarkən “mən buranın rəhbəriyəm” deyə zarafat edib.

Qeyd olunur ki, ABŞ maliyyə naziri Skott Bessent prezident üçün xüsusi yer hazırlayıb və Tramp ona istəsə, iclasa qala biləcəyini bildirib.

Məlumata görə, digər liderlər Trampı gözləyərkən o, sosial şəbəkələrdə ABŞ Senatında kəşfiyyat direktoru ilə bağlı proseslərə dair paylaşım da edib.

Hadisə “G7” sammiti çərçivəsində baş verib.

Medianews.az

Bizə qoşulun