Medianews.az
Tramp İtaliyanın İranı əvəz etməsi təklifinə
85 baxış

Tramp İtaliyanın İranı əvəz etməsi təklifinə münasibət bildirib

ABŞ prezidenti Donald Tramp qarşıdan gələn Dünya Kubokunda İran milli komandasının İtaliya ilə əvəz olunmasını nəzərdən keçirəcəyini bildirib.

Ağ evdə jurnalistlərlə görüş zamanı ABŞ Prezidenti İran komandasının İtaliya ilə əvəz olunması ehtimalını maraqlı adlandırıb. "İcazə verin, bir az düşünüm", - deyə o, Dövlət Katibi Marko Rubiodan təkliflə bağlı şərh verməsini xahiş edib.

ABŞ Dövlət Katibi öz növbəsində bildirib ki, "ABŞ İran idmançılarına gəlməməyi deməyib": "İranın problemi onların idmançıları deyil, özləri ilə gətirmək istədikləri insanlardır - bəzilərinin SEPAH ilə əlaqələri ola bilər. Onlar özləri gəlməmək qərarına gəliblər. Biz idmançılara zərər vermək istəməzdik”.

Bir müddət əvvəl "Financial Times" qəzeti ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıq üzrə nümayəndəsi Paolo Zampollinin qarşıdan gələn Dünya Kubokunda İran milli komandasının İtaliya ilə əvəz olunmasını təklif etdiyini və bu təklifi ABŞ Prezidenti və FIFA Prezidenti Canni İnfantinoya çatdırdığına dair məlumat yayıb./Musavat.com

Bizə qoşulun