Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 12-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə iyun ayının pensiyalarının ödənilməsi təmin edilib.
Medianews.az xəbər verir ki, güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin pensiyaları da bu ay müəyyən edilmiş qrafikə uyğun şəkildə ödənilib.
Vətəndaşlar pensiyalarını təyin olunmuş tarixdən etibarən bank kartları vasitəsilə əldə edə biləcəklər.