Məlum olduğu kimi, bir müddət əvvəl TƏBİB-in rəhbəri dəyişdi, Anar Bayramov bu vəzifəyə gətirildi. Onun rəhbər təyin olunmasından dərhal sonra qurumun tabeliyində olan xəstəxanaların direktorları işdən çıxarılmağa, kadr dəyişikliyinə başlanıldı. Hətta iddialara görə, Bakıda yerləşən bütün xəstəxana direktorlarının ərizəsi alınıb.
Xəstəxana direktorlarının ard-arda8 işdən çıxarılması xəbərləri ciddi müzakirələrə səbəb olub. Çünki vəzifədən uzaqlaşdırılanlar arasında kifayət qədər peşəkar, savadlı, illərlə bu sahədə çalışan, nüfuz qazanmış şəxslər də var.
Bəs vətəndaşlarımız səhiyyədəki bu cür intensiv kadr dəyişikliklərindən nə gözləyir? Bununla səhiyyə sisteminin tam düzələcəyinə, daha şəffaf və səmərəli olacağına inanırlarmı?
Medianews.az bildirir ki, TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik: