Medianews.az
Solovyova sui-qəsdin sifarişçisi ömürlük həbsə məhkum edildi
45 baxış

Solovyova sui-qəsdin sifarişçisi ömürlük həbsə məhkum edildi

Rusiyada tanınmış teleaparıcı Vladimir Solovyova qarşı sui-qəsdin təşkilatçısı ömürlük azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, bu barədə Moskvanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi hökm elan edib.

Məhkəmənin qərarına əsasən, Andrey Pronski təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunub. Hökmə görə, o, cəzanın ilk 10 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli koloniyada çəkəcək. Bundan əlavə, Pronskiyə 1 milyon rubl məbləğində cərimə də kəsilib.

Hakim hökmü elan edərkən bildirib ki, təqsirləndirilən şəxs terror aktının hazırlanması və təşkilində əsas fiqur kimi tanınıb. İş materiallarına əsasən, planlaşdırılan sui-qəsd ictimai rezonans doğura biləcək ağır nəticələrə səbəb ola bilərdi.

Qeyd edək ki, Vladimir Solovyov Rusiyada hakimiyyətə yaxın mövqeyi və sərt siyasi çıxışları ilə tanınır. Hökm ölkə daxilində və mediada geniş müzakirələrə səbəb olub.

Bizə qoşulun