Medianews.az
Şok! Bakının məşhur restoranında insanlara at əti yedirirmişlər -
103 baxış

Şok! Bakının məşhur restoranında insanlara at əti yedirirmişlər - FOTOLAR

“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentliyin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib.

Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.

Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.

 

 

 

 

Bizə qoşulun