Rusiya Prezidenti Vladimir Putinin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında maraqlı anlar yaşanıb.
Medianews.az xəbər verir ki, jurnalist Kirill Bajanov tədbirə “Evlənmək istəyirəm” yazılı plakatla gəlib.
O, canlı yayımda sevdiyi xanıma evlilik təklif edib və Rusiya liderini toyuna dəvət edib.
“Plakatda yazılanlar doğrudur. Bilirəm ki, o, hazırda məni izləyir. Mənə ərə gəl. Vladimir Vladimiroviç, sizi toyumuzda görməkdən şad olarıq”,-deyə gənc oğlan bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
Medianews.az