Rusiyalı komediyaçı və aparıcı Maksim Qalkinin yeni görünüşünü sosial mediada böyük səs-küyə səbəb olub.
Medianews.az xəbər verir ki, 49 yaşlı parodist doqquz milyon izləyicisi olan instaqram səhifəsində Nyu-York şəhərindən bir sıra fotolar paylaşıb.
İnternet istifadəçiləri məşhurun görünüşünə heyranlıqla baxıblar və bəziləri hətta yeni fotolarda onu tanımadıqlarını etiraf ediblər. "O, özünün ən yaxşı dövründədir", "Çox yaraşıqlı görünürsən", "Sən möhtəşəmsən", "Əvvəlcə səni tanımadım", "Maksim burada Hollivud aktyoruna oxşayır", - deyə çoxsaylı fanatlar etiraf ediblər.
İki gün ərzində paylaşımın altında üç mindən çox şərh yazılıb.
Medianews.az
