Medianews.az
Şahin Şıxlinskinin məhkəməsində
121 baxış

Şahin Şıxlinskinin məhkəməsində QƏRAR

Rusiyanın Yekaterinburq şəhərində Ural üzrə Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski, onun oğlu, eləcə də Səfərov qardaşları – Akif, Ayaz, Bakir, Kamal və Mazahir barəsində açılmış cinayət işi üzrə ilkin məhkəmə baxışı keçirilib.

Modern.az xəbər verir ki, Rusiya KİV-lərinin məhkəmənin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, məhkəmə əsas məhkəmə iclasının 15 yanvar 2026-cı il tarixinə təyin olunmasına qərar verib.

***

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, oğlu Mutvalı Şıxlinski, Səfərov qardaşları və Şücaəddin Rəcəbovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Onlar rollarından asılı olaraq, qətl, qətlə cəhd, qətldə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq kimi bir sıra ağır maddələr üzrə ittiham olunurlar. 

İlkin dinləmə qapalı keçirildiyindən onların qohumları məhkəməyə buraxılmayıb. Vəkillər Şıxlinski və digərləri üçün andlılar məhkəməsinin keçirilməsini istəyiblər. 

Məhkəmənin növbəti iclası 2026-cı ilin yanvar ayına təyin olunub. 

Qeyd edək ki, ittiham olunan şəxslər təqsirli olmadıqlarını bəyan edirlər. 

Xatırladaq ki, bu il iyunun 26-da Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Saxlanılma zamanı hər iki şəxs aldıqları xəsarətlərdən həyatını itiriblər. Onların qohumları həbs olunublar. Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxslinski həbs ediliblər.

Bizə qoşulun