Medianews.az
Sağlamlıq üçün ən ideal yuxu müddəti açıqlanıb –
155 baxış

Sağlamlıq üçün ən ideal yuxu müddəti açıqlanıb – ARAŞDIRMA

Yeni elmi araşdırma yuxu müddəti ilə insulin müqaviməti, diabet və digər metabolik xəstəliklər arasında əlaqə olduğunu göstərib.

Medianews.az xəbər verir ki, bununla bağlı “BMJ Open Diabetes Research & Care” jurnalında araşdırma dərc olunub.

Tədqiqata görə, 2-ci tip diabet riskini azaltmaq üçün gecə təxminən 7 saat 18 dəqiqə yatmaq ən optimal müddət hesab olunur.

Tədqiqatı Nantonq Universitetinin alimləri aparıb. ABŞ-də yaşayan təxminən 23 min yetişkin insanın yuxu müddəti və qan şəkəri göstəriciləri təhlil edilib.

Nəticələr göstərib ki, yuxu müddəti ilə qan şəkərinin tənzimlənməsi arasında U şəkilli əlaqə var. Yəni həm az, həm də həddindən artıq yuxu metabolik sağlamlıq üçün mənfi təsir göstərə bilər.

Araşdırmaya görə, gündə təxminən 7 saat 18 dəqiqə yuxu insulin müqavimətinin qarşısını almağa kömək edə bilər.

Tədqiqatçılar qeyd ediblər ki, həftəsonu bir neçə saat artıq yatmaq bəzən faydalı ola bilər. Lakin həftə ərzində artıq yatan şəxslərdə həftəsonu daha uzun yatmaq qlükoza metabolizmasının pozulması riskini artıra bilər.

Mütəxəssislər bildirir ki, qeyri-kafi və nizamsız yuxu orqanizmdə iltihabın artmasına, qan təzyiqinin yüksəlməsinə və stress hormonlarının çoxalmasına səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun