Tacikistanın paytaxtı Düşənbədə daşqın sularına düşərək boğulmaq təhlükəsi ilə üzləşən 12 yaşlı uşaq iki nəfərin cəsarətli müdaxiləsi nəticəsində xilas edilib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Usmon Mirzoyev və Bəxtiyor Toşiyev körpünün altından keçən və sel sularının apardığı uşağın köməyinə çataraq onu sudan çıxarıblar.
Polis onların sürətli və qətiyyətli hərəkətlərinin uşağın həyatını xilas etdiyini bildirib. Hər iki şəxs göstərdikləri cəsarət və vətəndaşlıq nümunəsinə görə mükafatlandırılıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və izləyicilər tərəfindən "möcüzəvi xilasetmə" kimi qiymətləndirilib.
Medianews.az