Medianews.az
Rusiya-Yaponiya gərginliyi yeni mərhələyə keçib
117 baxış

Rusiya-Yaponiya gərginliyi yeni mərhələyə keçib

Çin mediası Rusiya–Yaponiya münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini yazır.

Medianews.az-ın məlumatına görə, iddia olunur ki, Rusiya prezidenti Vladimir Putin Tokionun son açıqlamaları fonunda Yaponiyaya “kəskin və düşünülmüş zərbə” endirib. Söhbət Rusiyaya girişin 30 yapon vətəndaşı üçün qadağan edilməsindən gedir.

Rəsmi Moskva bu qərarı “Yaponiya hökumətinin davam edən antirus siyasətinə” cavab adlandırıb. Qadağa siyahısında Yaponiya XİN-nin rəsmi nümayəndəsi, “Nikkei”, “Mainiçi”, “Asahi” kimi aparıcı qəzetlərin jurnalistləri, “TBS” və “Fuji TV” əməkdaşları, universitet professorları və bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri var.

Çin mediası iddia edir ki, Putin “Tokionu önləyici zərbə ilə neytrallaşdırıb və onun təkəbbürünü cilovlayıb”.

Xatırladılr ki, Yaponiya ilə Çin arasında münasibətlər də son aylarda kəskinləşib. Belə ki, Yaponiya hökuməti Çinin Tayvana güc yolu ilə nəzarət qurmağa cəhd edəcəyi halda “özünümüdafiə qüvvələrinin hərəkətə keçəcəyini” bəyan edib.

Medianews.az

Bizə qoşulun