Medianews.az
Süni intellekt iş yerlərini “süpürür”
50 baxış

Süni intellekt iş yerlərini “süpürür”

ABŞ-nin aparıcı şirkətləri - o cümlədən “Amazon”, UPS, “Dow”, “Nike” və “Home Depot” - əmək bazarındakı artım tempinin zəifləməsi və süni intellektdən istifadənin genişlənməsi fonunda azı 52 min əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, on minlərlə işçinin ixtisarı işə qəbulun uzun illər davam edən aktiv mərhələsindən sonra şirkətlərin heyəti azaltmasının növbəti göstəricisidir.

Bir sıra şirkətlər kadrların ixtisarını “iqtisadi qeyri-müəyyənlik və süni intellektə investisiya qoyuluşu ilə bağlı artan təzyiq”lə əsaslandırıb.

“Goldman Sachs” bankının ABŞ üzrə baş iqtisadçısı Devid Merikl bildirib:

“Şirkətlər getdikcə daha tez-tez ixtisarları müzakirə edir və görünür, əmək xərclərini azaltmaq üçün süni intellektdən istifadə etməyə çalışırlar”.

Bundan əvvəl “Amazon” şirkəti istehsalın optimallaşdırılması və süni intellektdən istifadənin artması fonunda 16 min əməkdaşını ixtisar etməyi planlaşdırdığını açıqlamışdı. Şirkətin baş direktoru Endi Cessi pandemiya dövründə baş vermiş kütləvi işə qəbuldan sonra “idarəetmə səviyyələrinin sayını azaltmaq” niyyətində olduğunu dəfələrlə vurğulayıb.

O, ötən il həmçinin əməkdaşlara xəbərdarlıq etmişdi ki, süni intellektin tətbiqi və əməliyyatların avtomatlaşdırılması nəticəsində işçi sayının azalması qaçılmaz olacaq.

Bizə qoşulun