Medianews.az
Rumıniya qırıcıları təcili havaya qaldırdı
127 baxış

Rumıniya qırıcıları təcili havaya qaldırdı

Noyabrın 19-da Rumıniyanın Müdafiə Nazirliyi ölkənin hava məkanına dron daxil olduğuna görə təcili qırıcı təyyarələri havaya qaldırıb.

Medianews.az bildirir ki, hadisə Rusiya ordusunun Ukraynanın sərhəd bölgələrinə – xüsusən də Rumıniya ilə üzbəüz yerləşən infrastruktur obyektlərinə növbəti hücumu zamanı baş verib.

Rumıniya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür və Ukrayna ilə 650 kilometrlik sərhədi var. Son aylarda Moskvanın Dnestr çayı və Dunay hövzəsi boyunca həyata keçirdiyi hücumlar səbəbindən Rumıniyanın ərazisinə dəfələrlə Rusiya dronlarının qalıqları düşüb.

Rəsmi Buxarest bəyan edib ki, hava məkanının pozulması ilə bağlı araşdırma aparılır, regionda müşahidə və müdafiə mexanizmləri gücləndirilib.

Medianews.az

Bizə qoşulun