Medianews.az
Ronaldo:
78 baxış

Ronaldo: "İspaniya həmişə çempionluğa iddialıdır”

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın 1/8 final mərhələsində İspaniyaya qarşı keçiriləcək oyun öncəsi maraqlı açıqlamalar verib.

Medianews.az xəbər verir ki, Ronaldo rəqib ölkə ilə olan sıx bağlarından bəhs edərək İspaniyaya qarşı xüsusi sevgisini dilə gətirib.

Ulduz futbolçu İspaniyada evlərinin, biznesinin olduğnu dilə gətirib: “Dostlarım ispaniyalıdır, ailəm də demək olar ki, ispaniyalı sayılır. İspaniya həmişə bütün turnirlərdə çempionluğa iddialıdır”.

Ulduz futbolçu rəqibin daha çox titula sahib olduğu üçün kağız üzərində favorit olduğunu etiraf etsə də, oyunun taleyini xırda detalların həll edəcəyini vurğulayıb: "Teoretik olaraq İspaniya favoritdir, çünki onların Portuqaliyadan daha çox titulu var. Lakin yorğunluq, zədələr və isti hava kimi faktorlar da mövcuddur. İspaniyaya qarşı oynamağı sevirəm, əvvəlki matçlarımız həmişə bərabərsəviyyəli keçib, bu dəfə də elə olacaq. Detallara daha çox diqqət yetirən tərəf qalib gələcək. Ümid edirəm və daxilən hiss edirəm ki, bu, Portuqaliya olacaq."

Medianews.az

Bizə qoşulun