"Real"ın hücumçusu Endrik “Lion”a icarəyə ciddi niyyətlə yollanıb.
Publika.az xəbər verir ki, 19 yaşlı braziliyalı tam şəkildə işinə fokuslanıb. Bu barədə "Globo Esporte" məlumat yayıb.
Endrik hər gün evdə də məşq edir. Belə ki, braziliyalı, mütəxəssislərlə fərdi fitnes, bərpa və fiziki hazırlıq üzrə çalışmalar aparır. Boş vaxtlarında Endrik PlayStation oynayır, həmçinin həyat yoldaşı və itləri ilə vaxt keçirir. Futbolçu evdən yalnız komanda ilə məşqlər və oyunlar üçün çıxır.
Qeyd olunur ki, Endrikin şəxsi aşpazı var və bütün yeməklər onun üçün xüsusi hazırlanır.
Endrik “Lion”un heyətində keçirdiyi 5 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə icarə müqaviləsi cari mövsümün sonuna qədərdir.