Medianews.az
İlk dəfə dünyasını dəyişən qızından danışıb AĞLADI -
73 baxış

İlk dəfə dünyasını dəyişən qızından danışıb AĞLADI - VİDEO

Müğənni Günəş qatıldığı canlı efirdə ilk dəfə şəxsi faciəsindən danışaraq hər kəsi duyğulandırıb.

Milli.Az xəbər verir ki, sənətçi dünyasını dəyişən qızı ilə bağlı xatirəsini yada salarkən göz yaşlarını saxlaya bilməyib.

Günəş bildirib ki, oğlundan əvvəl bir qız övladı olub, lakin körpə cəmi 15 gün yaşayıb və reanimasiyada qaldıqdan sonra vəfat edib.

Onun sözlərinə görə, bu itki ailədə dərin iz buraxıb:

"Oğlumdan əvvəl qız övladım olub. 15 gün sonra dünyasını dəyişdi. Reanimasiyada qaldı... Sonra oğlum oldu. Onun üzərinə o qədər əsirik ki, qızıma görə travmalıyıq. Daha qız övladımın olmasını istəmirəm".

Müğənni etiraf edib ki, qız övladı olmasını çox arzulayıb, lakin bunu qismətə bağlayır. O, vəfat edən qızının özünə çox bənzədiyini də qeyd edib:

"Ölən qızım mənə o qədər oxşayırdı ki, eyni idi. Qız övladına qarşı çox yaralıyam. Allah oğlumun canını sağ eləsin, xoş günlərini göstərsin".

Göz yaşlarını saxlaya bilməyən sənətçinin səmimi sözləri studiyada olan qonaqları və ekran qarşısındakı tamaşaçıları kövrəldib. Açıqlama sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Bizə qoşulun