Medianews.az
"Real" Alvaro Arbeloa ilə də yollarını
90 baxış

"Real" Alvaro Arbeloa ilə də yollarını ayıra bilər

İspaniyanın "Real" klubu hazırkı baş məşqçi Alvaro Arbeloa ilə yollarını ayıra bilər.

"Report" xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Madrid təmsilçisinin rəhbərliyi 42 yaşlı mütəxəssisin komandaya uyğun olmaması qənaətinə gəlsə, onun yaxın zamanda vəzifəsindən uzaqlaşdırılması ilə bağlı tərəddüd etməyəcək.

"Kral klubu" ölkə kubokunun 1/8 finalında Sequndada çıxış edən "Albasete"yə 2:3 hesabı ilə uduzub. Buna baxmayaraq, rəhbərlik ona daha bir şans verməyi düşünür.

Qeyd edək ki, Alvaro Arbeloa yanvarın 13-də "Real"ın baş məşqçi postunda Xabi Alonsonu əvəzləyib.

Bizə qoşulun