İspaniya millisinin yarımmüdafiəçisi Rodri, komanda yoldaşı Lamin Yamalın DÇ-2026-dakı çıxışı və üzərindəki təzyiqlə bağlı fikirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, Rodri baş məşqçi Luis de la Fuentenin gənc ulduza verdiyi məsləhəti açıqlayıb:
"Baş məşqçimiz Luis de la Fuente dünən Laminə daha soyuqqanlı olmağın vacibliyini çatdırdı. Bəzən o, meydanda nəyisə sübut etməyi həddindən artıq çox istəyir. O, bu daxili həyəcanı və təlaşı idarə etməyi öyrənməlidir. Lamin həm topla, həm də topsuz oyunda bizim üçün son dərəcə vacib fiqurdur. Çox ağıllı uşaqdır. Bütün istedadını tam nümayiş etdirməsi üçün sadəcə doğru məqamı tutması kifayətdir".
Qeyd edək ki, iyulun 13-də 19 yaşı tamam olan Lamin Yamal cari dünya çempionatında hələlik cəmi bir qol vurub. İspaniya millisi iyulun 14-də turnirin yarımfinalında Fransa ilə qarşılaşacaq.
Medianews.az