Medianews.az
İngiltərəyə uduzan norveçli ulduz
81 baxış

İngiltərəyə uduzan norveçli ulduz ölüm təhdidləri aldı - FOTO

Norveç millisinin hücumçusu Aleksandr Sorlot və onun sevgilisi Lena Selnes, DÇ-2026-nın 1/4 finalında İngiltərəyə məğlubiyyətdən sonra sosial şəbəkələrdə kütləvi təhqir və ölüm təhdidlərinə məruz qalıblar.

Medianews.az xəbər verir ki, bu barədə futbolçunun sevgilisi sosial şəbəkə hesabında paylaşım edib.

Cütlüyə "Həyat yoldaşına de ki, Norveçdən rədd olsun", "Zəhmət olmasa, özünü öldür, axmaq", "Onu öldürəcəm" kimi dəhşətli mesajlar göndərilib.

Selnes sosial şəbəkə hesabında bu amansızlığa reaksiya verib: "Dünya çempionatı çoxlu xoşbəxtlik gətirir, lakin eyni zamanda böyük bir nifrət doğurur. Ümid edirəm ki, insanlar kimisə təhqir etməzdən və hədələməzdən əvvəl bir az daha dərindən düşünəcəklər".

Medianews.az

Bizə qoşulun