Rafael Fiziyev 2026-cı il fevralın 1-də keçiriləcək UFC 325 turnirində iştirak edəcək.
Medianews.az xəbər verir ki, bu barədə UFC-nin saytında məlumat verilib.
Bildirilib ki, Fiziyevin rəqibi braziliyalı Maurisio Ruffi olacaq.
Azərbaycanlı döyüşçü hazırda yüngül çəki dərəcəsi üzrə reytinqdə 9-cu, Ruffi isə 14-cü yeri tutur.
Qeyd edək ki, R.Fiziyev sonuncu dəfə UFC-də bu ilin iyununda Bakıda keçirilmiş turnirdə iştirak edib və İqnasio Bahamondesə qalib gəlib.