Medianews.az
Qurban Qurbanov Toralın həmin epizodda gülməsindən danışdı -
108 baxış

Qurban Qurbanov Toralın həmin epizodda gülməsindən danışdı - Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunda (1:6) qapımıza penalti təyin olunan zaman Toral Bayramovun gülməsi ilə bağlı danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə fikirlərini UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la cavab görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib.

Çalışdırıcı qeyd edib ki, xırdalıqlara getməyə ehtiyac yoxdur: “Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib”.

Q.Qurbanov həmçinin futbolçusu Sami Mmaenin əvəzedici heyətə göndərilməsi ilə bağlı sualı da cavablandırıb: “İdman intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda belə hallar çox olub. Belə halla ən az rastlaşan bizim klubdur”.

Bizə qoşulun