Medianews.az
Onlar DİN yanında İctimai şuraya üzv seçildilər -
75 baxış

Onlar DİN yanında İctimai şuraya üzv seçildilər - SİYAHI

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.

Modern.az xəbər verir ki, İctimai şuranın yeni tərkibi 7 nəfərdən təşkil edilib.

Səsvermənin nəticələrinə əsasən, aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:

1.    Əliməmməd Mali oğlu Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
2.    Vaqif Gülağa oğlu Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki
3.    Fərhad Rəsul oğlu Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki
4.    Zaur Vaqif oğlu Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi
5.    İxtiyar Kərim oğlu Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
6.    Mehriban Heydərəli qızı Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
7.    İbrahim Xudaverdi oğlu Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı

Bizə qoşulun