Medianews.az
Bakıda 1,3 milyon manata məktəb tikiləcək
60 baxış

Bakıda 1,3 milyon manata məktəb tikiləcək

Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yenidən tikiləcək.

Medianews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, təhsil müəssisəsinin 528 şagird yerlik olması planlaşdırılır.

Həmçinin yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsi layihəyə daxil olunub.

Sözügedən məsələ ilə bağlı "Təhsilin İnkişafı Fondu" Publik Hüquqi Şəxsi tender elan edib və ilkin ehtimal olunan məbləğ 1 milyon 308 min 688 manatdır.

Bizə qoşulun