Medianews.az
Qərib Mehdi
96 baxış

Qərib Mehdi vəfat etdi

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki, bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

    O bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

    Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.

    Qeyd edək ki, Qərib Mehdi 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. 

    1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtirajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində çalışıb. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edib. 10-dan çox bədii kitabı işıq üzü görüb. Pyesləri Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib. 

    2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

    Bizə qoşulun