Medianews.az
Tanınmış həkim Xankəndiyə köçdü -
72 baxış

Tanınmış həkim Xankəndiyə köçdü - FOTO

Tanınmış həkim Rəşad Sultan Xankəndiyə köçüb.

Bu barədə Musavat.com-a həkim özü məlumat verib. O bildirib ki, Qarabağ Universitetində çalışmağa başlayıb. Ehtiyatda olan tibb xidməti kapitanı Qarabağ Universitetinin müəllimidir, Tibb və Sağlamlıq Elmləri fakültəsində dərs deyir, Qarabağ Universiteti klinikasında həkim-ginekoloq kimi çalışır.

Daha bir maraqlı fakt isə odur ki, o, Xankəndi şəhərində Şuşada öz xidməti kabinetində sui-qəsdlə öldürülən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlovun adını daşıyan küçədə yaşayır-Mikayıl Gözəlov küçəsi ev 84, mənzil 9.

Bizə qoşulun