"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi". Medianews.az xəbər verir ki, bu sözləri qardaşı Rüstəm Əbiyevin ölümü ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib.
Keçmiş nazir xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib: "Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".
"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib: "Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir sual verdin!"
Xatırladaq ki, 1950-ci il təvəllüdlü Səfər Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.