Medianews.az
Qəhvə dişləri necə məhv edir?  -
65 baxış

Qəhvə dişləri necə məhv edir? - Stomatoloqlar danışdı

Stomatoloqlar qəhvə içənləri mümkün diş problemləri barədə xəbərdar ediblər.

Medianews.az-ın məlumatına görə, stomatoloq Culi Co bildirib ki, qəhvənin tərkibində olan taninlər diş minasını ləkələyir.

Metyu Messina isə qeyd edib ki, qəhvənin turşuluğu diş minasını zədələyə bilər. Bu da çürük və diş həssaslığı riskini artırır. Bundan əlavə, içki ağız quruluğuna səbəb olaraq lövhə və bakteriyaların toplanmasına şərait yaradır. 

Mark Volf əlavə edib ki, şəkər qatılmış qəhvə daha təhlükəlidir. Çünki şəkər bakteriyaları qidalandırır və onlar minanı zəiflədən turşular ifraz edir.

Medianews.az

Bizə qoşulun