Medianews.az
"Ana harayı" abidəsini ziyarət etdilər -
47 baxış

"Ana harayı" abidəsini ziyarət etdilər - FOTOLAR

Ermənistan silahlı birləşmələrinin və Rusiyanın 366-cı motoatıcı alayının Azərbaycanın Xocalı şəhərində din əhaliyə qarşı həyata keçirdiyi soyqırımından 34 il il keçir.

Medianews.az xəbər verir ki, Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən azərbaycanlılara qarşı, ümumən insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir. Vətəndaşlar, ictimaiyyət nümayəndələri və dövlət məmurları faciəni simvolizə edən "Ana harayı" abidəsini ziyarət edir və kompleks ətrafına gül dəstələri qoyurlar.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, səhiyyə naziri Teymur Musayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və rəhbəri olduğu qurumun nümayəndələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər.

Qeyd edək ki, faciə nəticəsində 613 nəfər qətlə yetirildi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edilib, 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürülüb. Həmçinin 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb .

Bizə qoşulun