Həkim Mariya Çaxnaşvili meningitin əsas təhlükəsini izah edib.
Medianews.az-ın məlumatına görə, o bildirib ki, xəstəliyin sürətli inkişafı və ağır gedişi, xüsusilə uşaqlar və yaşlılar üçün ölüm riski yaradır.
Vaxtında müalicə olunsa belə, meningit eşitmə itkisi, görmə pozğunluğu, hərəkət koordinasiyası və digər nevroloji problemlərə səbəb ola bilər.
Çaxnaşvili meningitin əsas simptomlarını belə sıralayıb: yüksək hərarət, baş ağrısı, boynu əyməkdə çətinlik, fotofobiya, ürəkbulanma, qusma, yuxululuq, çaşqınlıq və oyanıqlıq.
Həkim həmçinin spesifik əlamətlərdən də danışıb: Bud və dizləri bükdükdə dizin düzəldilə bilməməsi, arxası üstə uzanarkən dizlərin qeyri-iradi mədəyə doğru çəkilməsi. Bəzi hallarda isə səpgilər müşahidə oluna bilər.
Medianews.az