Medianews.az
Qarabağı Azərbaycan adlandıran
69 baxış

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Ermənistanın sosial məsələlər naziri Arsen Torosyanın Qarabağla bağlı paylaşımı ölkəsindəki bəzi revanşist tör-töküntülər tərəfindən qəzəblə qarşılanıb.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, nazir sosial şəbəkədə Qarabağdan köçən ermənilərlə bağlı məlumat verərkən regionu açıq şəkildə Azərbaycan ərazisi kimi qeyd edib.

Bu ifadə erməni revanşistlərin kəskin narazılığına səbəb olub. Sosial şəbəkələrdə Torosyana qarşı sərt kampaniya başlayıb, onu “xain”, “milli maraqlara zidd mövqe tutan şəxs” adlandıran paylaşımlar edilib.

Bəziləri nazirin istefasını tələb edib, bəziləri isə bu açıqlamanı hökumətin real mövqeyinin etirafı kimi dəyərləndirib.

Bizə qoşulun