Medianews.az
Qanunsuz onlayn kazino və qumar oyunları cəmiyyəti
107 baxış

Qanunsuz onlayn kazino və qumar oyunları cəmiyyəti təhlükəyə sürükləyir

Son illər qanunsuz onlayn kazino və qumar oyunlarının qlobal internet məkanında geniş miqyasda yayılması müşahidə olunur.
Mütəxəssislərin fikrincə, bu cür platformalar xüsusilə gənclər arasında asılılıq yaradır, ailə büdcəsinə ciddi zərər vurur və insanları maddi uçuruma aparır.

Medianews.az xəbər verir ki, ekspertlər onlayn qumarın yalnız maliyyə itkiləri ilə nəticələnmədiyini, eyni zamanda psixoloji problemlərin, ailədaxili münaqişələrin və sosial gərginliyin artmasına səbəb olduğunu bildirirlər.

Onların sözlərinə görə, internet üzərindən fəaliyyət göstərən qanunsuz kazino şəbəkələri vətəndaşları asan qazanc vədləri ilə cəlb etsə də, əksər hallarda insanlar böyük məbləğdə vəsait itirirlər.

Mütəxəssislər hesab edirlər ki, bu istiqamətdə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, xüsusilə yeniyetmə və gənclərin risklər barədə məlumatlandırılması vacibdir. Eyni zamanda qanunsuz qumar platformalarına qarşı hüquq-mühafizə orqanlarının mübarizəsinin davam etdirilməsi zəruridir.

Xatırladaq ki, Kiberpolis tərəfindən onlayn qumar və kazino oyunlarının təşkili və təbliği ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 4 nəfər saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizə qoşulun