Medianews.az
Bu marşrutlarla bağlı
92 baxış

Bu marşrutlarla bağlı YENİLİK

107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.

Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi ilə əlaqələndirən 107 nömrəli və Maştağa qəsəbəsi ilə əlaqələndirən 107A nömrəli müntəzəm marşrutların avtobusları yenilənir.

İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

"Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır", - məlumatda qeyd edilib.

Bizə qoşulun