Medianews.az
Bunkerdən ölkəni idarə edir?
81 baxış

Bunkerdən ölkəni idarə edir?

ABŞ dövlət katibi Marko Rubio İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna və mühüm siyasi qərarların qəbulunda fəal iştirak etdiyinə dair əlamətlərin olduğunu açıqlayıb.

Medianews.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

“Müctəba Xameneinin sağ olduğuna və qərarların qəbulunda getdikcə daha çox iştirak etdiyinə dair əlamətlər var” - dövlət katibi bildirib.

Qeyd edək ki, Müctəba Xameneinin öldürüləməsi haqda xəbərlər mediada geniş vüsət almışdı. Son məlumatlarda isə onun sağ olduğu, lakin bir ayağının amputasiya edildiyi, habelə, səhhətinin idarəçiliyə əl vermədiyi haqda iddialar səslənmişdi. Bəzi mənbələr isə iddia edir ki, o, bu vəziyyətdə belə bunkerdən gizli məktublaşmalarla ölkəni idarə edir.(Qafqazinfo)

Bizə qoşulun