Medianews.az
Apteklərdə nöqsanlar niyə bitmir?
76 baxış

Apteklərdə nöqsanlar niyə bitmir?

Dərman vasitələrinin satışı və saxlanılması sahəsində yol verilən hər hansı nöqsan insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
Medianews.az bildirir ki, dərman preparatları həssas məhsul kateqoriyasına aid olduğundan bu sahədə nəzarətin gücləndirilməsi və qaydalara ciddi əməl olunması vacibdir.

Ekspertlərin sözlərinə görə, apteklərdə dərmanların saxlanma şəraiti, mənşəyi, keyfiyyəti və satış qaydaları ilə bağlı tələblərin pozulması yolverilməzdir.
Bu səbəbdən nəzarət tədbirlərinin mütəmadi şəkildə davam etdirilməsi həm istehlakçı hüquqlarının, həm də ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən apteklərdə növbəti yoxlamalar aparılıb. Yoxlamalar ümumilikdə 56 apteki əhatə edib.

Bizə qoşulun