Fövqəladə Hallar Nazirliyinin Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir.
Medianews.az xəbər verir ki, bu barədə pravda.az məlumat yayıb.
Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən gün A.Pirməmmədovun vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Qeyd edək ki, Anar Pirməmmədovun adı bir gün əvvəl model və bloqer Çelsi Baxşıyeva ilə bağlı intim qalmaqalda hallanmışdı. Model sosial şəbəkədəki səhifəsində A.Pirməmmədovun onu intim videolarını yayacağı ilə bağlı hədələdiyini açıqlamışdı.