Türkiyədə 53 yaşlı kişi yük maşınındakı ot (saman) bağlamaların altında qalaraq ölüb.
Medianews.az xəbər verir ki, hadisə İzmirdə baş verib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yaxınlıqdakı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Yük maşınının sürücüsü isə istintaq çərçivəsində nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az