Rusiyanın Kuzbass bölgəsində 2008-ci ildə narkotiklə bağlı 6 il azadlıqdan məhrum edilmiş qadın 13 il sonra tutulub.
Medianews.az xəbər verir ki, dörd il sonra cəzası islah işləri ilə əvəz olunsa da, qadın sonra gizlənərək qaçıb. Məhkəmə onu qiyabi həbs qərarı ilə axtarışa verib.
Bu ilin fevralında onun Novosibirskdə saxta ad altında yaşadığı barədə məlumat daxil olub. Aparılan əməliyyat nəticəsində qadının yeri müəyyən edilərək saxlanılıb. Barmaq izi qadının şəxsiyyətini təsdiqləyib.
O, yaxın günlərdə cəzasının qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinə köçürüləcək.
Medianews.az