Rusiyada ölkə iqtisadiyyatının 2030-cu ilə qədər nəzərdə tutulan genişmiqyaslı struktur islahatları proqramının təcili icrasına başlanılır. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı hökumətə tapşırıq verib.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müşavirə zamanı danışıb.
Onun sözlərinə görə, proqramın əsas hədəfləri yüksək texnologiyalı və yüksək əlavə dəyərli sənaye sahələrinin inkişafı, müasir və rəqabətqabiliyyətli iş yerlərinin yaradılması, həmçinin yerli məhsullara tələbatın artımını stimullaşdırmaqdır.
“Xahiş edirəm, proqramın icrasına dərhal başlanılsın ki, 2026-cı ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının artım tempini qlobal orta göstəricilərə çatdırmaq üçün möhkəm platforma qurmaq mümkün olsun”, – Putin bildirib.
Rusiya lideri əlavə edib ki, iqtisadi yüksəliş yalnız müəyyən regionlarla məhdudlaşmamalı, ölkənin bütün ərazilərini əhatə edən hərtərəfli artım təmin edilməlidir.