Medianews.az
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? -
137 baxış

Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE

Energetika sektorunda uzun illər çalışmış Baxış Abutalıb oğlu Babayevin adı müxtəlif dövrlərdə dövlət qurumları və enerji infrastrukturu layihələri ilə bağlı gündəmə gəlib.

Açıq mənbələrdə yer alan məlumatlara görə, Baxış Babayev 1990-cı illərdə “Azərenerji” İstehsalat Birliyinin “Azərelektrikşəbəkətikinti” trestinin müdiri vəzifəsində çalışıb. O, 29 yanvar 1991-ci ildə həmin dövrün Azərbaycan SSR prezidenti Ayaz Mütəllibovun sərəncamı ilə “Azərbaycan SSR əməkdar energetiki” fəxri adına layiq görülüb.

Babayevin adı sonrakı illərdə də energetika sahəsində fəaliyyət göstərən şirkətlərlə bağlı hallanıb. Belə ki, mediada yayılan məlumatlarda onun “Azərelektrik Tikinti Quraşdırma” MMC ilə əlaqəli olduğu, şirkətin ilk qanuni təmsilçilərindən biri kimi göstərildiyi qeyd edilir.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Bakıelektrikşəbəkə” ASC-nin yarımstansiyasının açılış mərasimində kollektiv adından dövlət başçısına təşəkkür edən şəxslər arasında Baxış Babayevin də adı çəkilib.

Açıq internet resurslarında Baxış Babayevin doğum tarixi, ailə həyatı, təhsili və hazırkı fəaliyyəti ilə bağlı geniş məlumat yer almır. Bununla belə, onun uzun illər Azərbaycanın energetika sistemində fəaliyyət göstərdiyi və sahənin tanınmış simalarından biri olduğu bildirilir./Bakıvaxtı.az/

Bizə qoşulun