Medianews.az
Polis iş yerində məşuqəsinin üzünə
139 baxış

Polis iş yerində məşuqəsinin üzünə atəş açdı

İtaliyada 65 yaşlı keçmiş polis rəsisi iş yerində münasibətdə olduğu 33 yaşlı həmkarının üzünə atəş açıb.

Medianews.az xəbər verir ki, hadisə 2024-cü ilin mayında baş verib.

Kişi ömürlük həbs cəzasına məhkum edilib.  

Məlumata görə, kişi evli idi, qadın isə nişanlı idi.

Kişi iş yoldaşı ilə münasibətdə olduğunu etiraf edib, lakin 2024-cü ilin fevralında ondan ayrıldığını bildirib. İstintaq onların münasibətlərinin may ayına qədər davam etdiyini müəyyən edib. Bundan əlavə, kişi bildirib ki, əvvəl qadın ona hücum edib, daha sonra bilmədən atəş açıb. qadına hücum etdikdən sonra təsadüfən vurduğunu iddia etdi. Müayinə zamanı məlum olub ki, silahda qadının barmaq izləri və ya DNT-si yoxdur.

Qadının ailəsinin dediyinə görə, 30 aprel 2024-cü il tarixindən başlayaraq, o, bir neçə dəfə kişinin həyat yoldaşı ilə əlaqə saxlamağa çalışıb və ona xəyanət barədə məlumat verib. Məlum olub ki, kişi zamanla rəhbərlikdən uzaqlaşıb.O, məşuqəsinə komandanlığa qayıdandan sonra onu özünə müavin edəcəyinə söz verib. Kişi, arvadını onun xatirinə boşayacağını da deyib.

İstintaqın məlumatına görə, polis rəisi evliliyini xilas etmək üçün məşuqəsini öldürüb.

Noyabrın 20-də Boloniya məhkəməsi kişini ömürlük həbs cəzasına məhkum edib. Bundan əlavə, qadının valideynləri və onun nişanlısı külli miqdarda təzminat alacaqlar.

Medianews.az

Bizə qoşulun