Medianews.az
Pentaqondan İran açıqlaması:
47 baxış

Pentaqondan İran açıqlaması: Buna imkan verməyəcəyik!

Tehran nüvə silahı əldə etməyə cəhd göstərə bilər, amma Vaşinqton buna imkan verməyəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Müdafiə Strategiyasının yeni redaktəsində bildirilib.

"ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini açıq şəkildə bildirib. İran liderləri yenidən nüvə silahı əldə etməyə cəhd etmə imkanını açıq qoyublar", - Pentaqon tərəfindən dərc edilən sənəddə qeyd olunub.

Həmçinin vurğulanıb ki, Tehran konstruktiv danışıqlardan imtina edir.

Bizə qoşulun