Medianews.az
Papa Trampa cavab verdi:
96 baxış

Papa Trampa cavab verdi: “Sülh üçün danışmağa davam edəcəyəm”

Vatikan Dövlət Başçısı Papa XIV Leo ABŞ Prezidenti Donald Trampın sərt tənqidlərinə cavab verərək, “müharibəyə qarşı yüksək səslə danışmağa davam edəcəyəm” açıqlaması verib.

Medianews.az xəbər verir ki, o bu barəd Afrika səfəri zamanı jurnalistlərə danışıb.  

Papa, Tramp administrasiyasından qorxmadığını, siyasətçi olmadığını və İncil prinsiplərindən çıxış etdiyini bildirib. O, müharibələrin dayandırılması, dialoq və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Papa həmçinin müharibələrdə çox sayda günahsız insanın həlak olduğunu qeyd edərək, “daha yaxşı yol var” mesajı verib.

Son günlər Vatikan-ABŞ münasibətlərində gərginlik artıb. Tramp sosial şəbəkələrdə Papa 14 XIV Leonu tənqid edərək onun xarici siyasət və təhlükəsizlik məsələlərində zəif mövqe tutduğunu iddia edib.

Buna cavab olaraq Vatikan tərəfi Papa ilə bağlı yayılan gərginlik iddialarını rədd etsə də, qarşılıqlı açıqlamalar münasibətlərdə siyasi gərginliyin artdığı kimi qiymətləndirilir.

Medianews.az

 

Bizə qoşulun