Medianews.az
Onlar da
52 baxış

Onlar da sərbəst buraxıldı

Qadağan olunmuş maddə istintaqı çərçivəsində saxlanılan müğənni Murat Dalkılıç, "Duman" qrupunun solisti Kaan Tangöz, aktyor İsmail Hacıoğlu və modelyer Kemal Doğulu sərbəst buraxılıb.

Medianews.az xəbər verir ki, onlar “şəxsi istifadə üçün narkotik vasitə əldə etmə, saxlama” və “narkotik vasitələrdən istifadəni asanlaşdırma” maddələri ilə ittiham olunublar.

Məşhurların prokurorluqda ifadələri alındıqdan sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.

Qeyd edək ki, bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zamanı bir çox məşhur barəsində saxlanılma qərarı verilib

Bizə qoşulun