Medianews.az
“Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır” -
61 baxış

“Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır” - Prezidentin köməkçisi

“Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir”.

Medianews.az  verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” paylaşım edib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Qəzza ilə bağlı investisiya layihələrində Sülh Şurası vasitəsilə iştirak etməyi nəzərdən keçirə bilər:

“Lakin bir məqamı aydınlaşdırmaq istərdim. Azərbaycan bu gün Şuranın iclası zamanı elan edilən Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi planlaşdırmır”.

Qeyd edək ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb. Bu siyahıda Azərbaycanın da adını çəkmişdi.

Bizə qoşulun