Medianews.az
Ata övladından aliment tələb edə bilərmi? –
45 baxış

Ata övladından aliment tələb edə bilərmi? – BİLMƏLİ OLDUĞUNUZ FAKT

Cəmiyyətdə çoxları düşünür ki, aliment yalnız valideynin övladına qarşı öhdəliyidir. Halbuki qanunvericilik müəyyən hallarda əksini də nəzərdə tutur – valideyn də övladından aliment tələb edə bilər.

Bəs bu, hansı hallarda mümkündür?

Medianews.az xəbər verir  ki,əgər ata əmək qabiliyyətini itiribsə, gəliri yoxdursa və maddi cəhətdən ehtiyac içindədirsə, onu təmin etmək imkanında olan yetkin övladına qarşı məhkəmədə aliment tələbi qaldıra bilər. Burada əsas meyar atanın real maddi ehtiyacının olub-olmamasıdır.

Lakin bu tələb avtomatik şəkildə təmin edilmir. Məhkəmə işə baxarkən həm atanın maddi vəziyyətini, həm də övladın imkanlarını araşdırır. Əgər müəyyən olunarsa ki, atanın bank hesabında kifayət qədər vəsaiti var və o, faktiki olaraq maddi ehtiyac içində deyil, bu halda aliment tələbi təmin olunmaya bilər.

Praktikada belə hallar olur ki, ailədaxili münaqişə zəminində valideyn övladına təzyiq vasitəsi kimi aliment iddiası qaldırır. Ancaq məhkəmə emosiyalara deyil, sübutlara əsaslanır. Maddi ehtiyac sübuta yetirilməlidir.

Qısacası, ata övladından aliment tələb edə bilər, amma bunun üçün qanunun müəyyən etdiyi şərtlər mövcud olmalıdır və son qərarı məhkəmə verir.

Bizə qoşulun