Ayinə qatılmaq üçün Müqəddəs Məryəm kilsəsinə gələn Ermənistanın baş naziri Nikol Paşinyan burada sürprizlə qarşılaşıb.
Medianews.az-ın xəbərinə görə, avtomobildən düşərək kilsəyə yaxınlaşan Paşinyan Azərbaycan mahnısının sədaları ilə qarşılanıb.
Belə ki, gənclərdən biri telefonunda məşhur “Nooldu Paşinyan?" mahnısını qoşaraq ətrafa dinlədib.