Nikah öncəsi genetik analizlər nə üçündür?
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan genetik həkim, PhD Dr. Bayram Bayramov bildirib ki,nikahdan əvvəl aparılan genetik testlər, gələcək nəsildə irsi xəstəliklərin yaranma riskini qiymətləndirmək üçün edilir.

Bu analizlər cütlüklərin daşıyıcı olub-olmamasını müəyyənləşdirir və risk varsa, erkən mərhələdə məsləhət və qabaqlayıcı tədbirlər planlamağa imkan verir.